Muay-tay üzrə Azərbaycan millisinin üzvü Xəyal Əliyev Polşada təşkil olunan III Avropa Oyunlarında növbəti görüşünə çıxıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Oskar Siqertlə (Polşa) üz-üzə gəlib.
Rəqibinə uduzan Əliyev yarışı bürünc medalla başa vurub.
16:50
Azərbaycanın qadın boksçusu Şəhla Allahverdiyeva Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 finalda Belçika təmsilçisi Oşin Deriyuvla üz-üzə gəlib.
Allahverdiyeva rəqibinə 0:5 hesabı ilə uduzaraq mübarizəni dayandırıb.
16:33
Azərbaycanın daha bir badmintonçusu Polşada təşkil olunan III Avropa Oyunlarında qələbə qazanıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, Keyşa Fatimə Zəhra D qrupunda litvalı Samanta Qolubikaite ilə üz-üzə gəlib.
Azərbaycan təmsilçisi rəqibini 2:0 hesabı ilə üstələyib.
14:27
Azərbaycan badmintonçusu Eddi Reski Dviçayo Polşada təşkil olunan III Avropa Oyunlarında mübarizəyə başlayıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı fərdi mübarizədə A qrupunda ilk görüşünü ispaniyalı Luis Enrike Penalveyə qarşı keçirib.
Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb – 2:1.
13:36
Azərbaycan taekvondoçusu Taleh Süleymanov Polşada keçirilən III Avropa Oyunlarında mübarizəyə başlayıb.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, 87 kq çəki dərəcəsində çıxış edən idmançı 1/8 final mərhələsində Aleksander Baçmanla (Almaniya) üz-üzə gəlib.
Qarşılaşma rəqibin 2:1 hesablı qələbəsi ilə bitib. Baçman finala vəsiqə qazansa, Azərbaycan təmsilçisi təsəlliverici görüşə qatılacaq.
13:12
Azərbaycan atıcısı Nigar Nəsirova Polşada təşkil olunan III Avropa Oyunlarında növbətini çıxışını edib.
“Report”un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, idmançı tapança ilə 25 metr məsafəyə atəş açmada təsnifat mərhələsini 568 xalla başa vurub.
35 iştirakçı arasında 25-ci yeri tutan Nəsirova finala yüksələ bilməyib.
09:19
Polşada təşkil olunan III Avropa Oyunları davam edir.
Oxu.Az xəbər verir ki, yarışın yeddinci günündə Azərbaycan idmançıları beş növdə mübarizə aparacaqlar.
Badmintonda dörd, muay-tay və boksda üç, taekvondo və atıcılıqda bir idmançı qüvvəsini sınayacaq.
26 iyun
Atıcılıq
11:00. Nigar Nəsirova (tapança ilə 25 metr məsafəyə atəş açma)
Taekvondo
11:36. 87 kq, 1/8 final: Taleh Süleymanov – Aleksander Baxman (Almaniya)
Badminton
11:30. Kişilər
Fərdi yarış: Eddi Reski Dviçayo (qrup mərhələsi)
Cütlər: Eddi Reski Dviçayo, Ezmi Qovimuramadhoni (qrup mərhələsi)
11:30. Qadınlar
Fərdi yarış: Keyşa Fatimə Zəhra (qrup mərhələsi)
18:00. Cütlər: Era Məftuha, Keyşa Fatimə Zəhra (qrup mərhələsi)
Boks
Qadınlar
16:15. 66 kq, 1/8 final: Şəhla Allahverdiyeva – Oşin Deriyuv (Belçika)
Kişilər
21:45. 51 kq, 1/8 final: Məsud Yusifzadə – Atilla Bernat (Macarıstan)
22:00. 80 kq, 1/8 final: Murad Allahverdiyev – Nikita Niysted (Finlandiya)
Muay-tay
Kişilər
17:10. 67 kq, 1/2 final: Xəyal Əliyev – Oskar Siqert (Polşa)
Qadınlar
18:40. 57 kq, 1/2 final: Aysun Dərvişova – Patrisiya Axlinq (İsveç)
19:10. 63,5 kq, 1/2 final: Emiliya Rzayeva – Tereza Steçova (Çexiya)