İdman

Azərbaycan badmintonçuları Serbiyada üç medal qazanıblar – FOTO

Azərbaycan badmintonçuları Serbiyanın Novi Sad şəhərində keçirilən “Youth International” turnirində bir gümüş və iki bürünc medal qazanıblar.

Federasiyadan verilən məlumata görə, Həbibə Quliyeva-Emma Karatanova (Ukrayna) tandemi 11 yaşadək qızların qoşa yarışında finala yüksəlməyi bacarıb.

Burada Bolqarıstan badmintonçuları ilə qarşılaşan idmançılar yekunda 1:2 hesabı ilə uduzaraq gümüş medala sahib çıxıblar.

Əli Gözəlov isə 15 yaşadək oğlanların qoşa yarışında bürünc medal əldə edib. O, israilli Yahav Sade ilə birgə bu kateqoriyada yarımfinaladək irəliləyib. Xorvat və serb badmintonçularına qalib gələn Əli Gözəlov-Yahav Sade cütü finala yüksəlmək uğrunda keçirilən və üç set davam edən görüşdə Rumıniya təmsilçilərinə məğlub olub.

Daha bir medal qarışıq qoşa kateqoriyasında əldə edilib. 15 yaşadək badmintonçuların mübarizəsində Aysu Kərimzadə-Yahav Sade tandemi yarımfinala gedən yolda bolqar, macar və yunan-fransız cütünü mübarizədən kənarlaşdıraraq ən güclü 4-lüyə yüksəlib. Bu mərhələdə Almaniya təmsilçiləri ilə qarşılaşan idmançılar rəqiblərinə 1:2 hesabı ilə yenilərək bürünc medal qazanıblar.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata