“Zirə” klubu yeni məşqçi ilə anlaşıb.
Qəsəbə təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, Borçe Xristovla 2 illik müqavilə imzalanıb.
Şimali Makedoniyadan mütəxəssis əsas komandanın məşqçilər korpusunda yer alacaq.
Qeyd edək ki, Borçe Xristov 2020-ci ildə də “Zirə”də çalışıb.