Cəmiyyət

Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr təqdim edilib – FOTO

İyunun 26-da müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən ali hərbi rütbələr verilən Müdafiə Nazirliyinin hərbi qulluqçuları ilə görüşüb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı və müdafiə nazirinin müvafiq əmri təntənəli şəraitdə oxunduqdan sonra hərbi qulluqçulara ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib. Ali Baş Komandanın təbriklərini hərbi qulluqçulara çatdıran müdafiə naziri onlara gələcək xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini çatdırıb.

Təltif olunan zabitlər isə öz növbələrində göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər, bu etimadı doğruldacaqlarına əminliklərini ifadə ediblər.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər