Cəmiyyət

Xaçmazda taxıl sahəsində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonu, Yalama kəndi ərazisində taxıl sahəsində yanğın baş verməsi barədə məlumat daxil olub. 

FHN-dən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində biçilməmiş taxıl sahəsində baş vermiş yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində kənd əhalisinə məxsus ərazidə 0,1 ha sahədə biçilməmiş taxıl sahəsi və ətrafında 0,6 ha sahədə kol-kos, quru ot yanıb. Ətraf ərazilər, o cümlədən hava elektrik xətləri yanğından mühafizə olunub.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər