Cəmiyyət

Azərbaycanlı zəvvarlar Ərəfat çölünə toplaşıblar – FOTO

Bu gün sübh namazından sonra azərbaycanlı zəvvarlar həcc ziyarətinin ehkamlarını yerinə yetirməyə davam ediblər.

Oxu.Az xəbər verir ki, bu gün müsəlman təqviminin sonuncu ayı olan zilhiccənin (həcc ayının) 9-cu günündə Məkkədəki zəvvarlar Mina adlanan ərazidən Ərəfat çölünə yollanıblar. Onlar bu günü Ərəfat dağının ətəklərində məğrib namazınadək dua etməklə keçirəcəklər. Məğrib namazından sonra isə zəvvarlar Müzdəlifə çölünə yollanacaqlar.

Qeyd edək ki, Azərbaycandan həcc ziyarətinə səfər iyunun 17-dən başlayıb. Ümumilikdə 1 440 azərbaycanlı zəvvar səkkiz təyyarə reysi ilə ziyarətə gedib. Həcc ziyarətinin başa çatmasından sonra zəvvarlar təyyarə reysləri ilə iyulun 12-dək Vətənə qayıdacaqlar.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər