Rusiya hökumətinə məxsus İl-96-300 təyyarəsi Moskvanın Vnukovo hava limanından Vaşinqtona uçub. “Unikal” xəbər verir ki, bu barədə “Flightradar24” portalında qeyd olunub.
Təyyarə Vaşinqtonun Dalles Beynəlxalq Hava Limanına çatacaq.Qeyd edək ki, Rusiya xüsusi uçuş heyətinin İl-96-300 təyyarəsindən yüksək rütbəli rusiyalı məmurlar və Kremldən olan jurnalistlər istifadə edir.