Dünya

“Vətəndaş müharibəsini dayandırdıq” – Putin

Vaqner özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin üsyanını yatıran hərbçilər və hüquq-mühafizə orqanları faktiki olaraq vətəndaş müharibəsini dayandırdılar. “Unikal” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Kremldə təhlükəsizlik qüvvələri və hərbçilərə müraciətində deyib.

“Siz vətəndaşlarımızın konstitusiya quruluşunu, həyatını, təhlükəsizliyini və azadlığını müdafiə etmisiniz. Biz Vətənimizi sarsıntılardan xilas etdik, faktiki olaraq vətəndaş müharibəsini dayandırdıq”, – deyə Rusiya lideri çıxış edib. Putin vurğulayıb ki, üsyançıların qarşısını alanlar aydın və ardıcıl hərəkət edərək, Rusiya xalqına və anda sadiq olduqlarını sübut ediblər. Prezidentin sözlərinə görə, hərbçilər və hüquq-mühafizə orqanlarının əməkdaşları ölkənin taleyi və gələcəyi üçün məsuliyyət nümayiş etdiriblər.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin