İdman

Azərbaycan boksçusu: “Ən vacibi odur ki, olimpiadaya lisenziya qazandım”

“Ən vacibi odur ki, olimpiadaya lisenziya qazandım”.

“Report”un məlumatına görə, bunu Polşada təşkil olunan III Avropa Oyunlarının 1/4 final mərhələsində Ermənistan təmsilçisi Hambardzum Hakobyanı 5:0 hesabı ilə məğlub edən Azərbaycan boksçusu Murad Allahverdiyev deyib.

80 kq çəki dərəcəsində yarımfinala yüksələrək, həm medalı təmin edən, həm də Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan 21 yaşlı idmançı sevincini gizlətməyib:

“Medal təmin etdiyim, xüsusən də, Ermənistan təmsilçisinə qalib gəldiyim üçün çox xoşbəxtəm. Püşkatmaya əsasən, bu mərhələdə erməni idmançısı ilə qarşılaşmalı oldum. Bir qarabağlı olaraq bu döyüşdə qalib gəlmək istəyirdim. Həm bu arzumu yerinə yetirdim, həm də olimpiadada iştirak hüququna yiyələndim. Əsas məqsədim isə turnirdə çempion olmaqdır”.

Qeyd edək ki, Murad Allahverdiyev yarımfinal döyüşünə iyunun 30-da çıxacaq. Onun bu raunddakı rəqibi xorvatiyalı Qabriel Veoçiç olacaq.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata