Cəmiyyət

DYP-dən reyd: Həbs olunan və cərimələnənlər var – FOTO

DYP Sabirabadda reyd keçirib, bir sürücü həbs olunub, beşi cərimələnib.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 6 sürücü müəyyən edilib. Həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq tədbirlər görülüb və toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə onlardan biri 15 sutka inzibati həbs edilib, qalanları isə 400 manat miqdarında cərimə olunublar.

Bundan əlavə, son on gün ərzində yol patrul xidmətinin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarına riayət olunması və təhlükəsizliyin təmin edilməsi istiqamətində keçirilən monitorinqlər zamanı rayon ərazisində müvafiq sənədləri olmadan avtomobil idarə edən 64, sərxoş vəziyyətdə idarə edən 27, sərnişin daşıma qaydalarını pozan 24 sürücü də müəyyən edilərək inzibati qaydada məsuliyyətə cəlb olunublar.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər