İdman

“Qarabağ”ın yarım milyon avroya transfer etdiyi futbolçu ilk məşqinə çıxdı – FOTO

“Qarabağ”ın transfer etdiyi Portuqaliyanın “Çaveş” klubunda çıxış edən braziliyalı futbolçu Juninyonu ilk məşqə çıxıb.

Oxu.Az xəbər verir ki, bu barədə klub sosial şəbəkə hesabında paylaşım edib.

Məlumata görə, Ağdam klubu 27 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 500 000 avro təzminat ödəyib.

İddiaya görə, “Qarabağ” “sambaçı”nı hələ ötən yay heyətinə qatmaq istəyib. Lakin müəyyən səbəblərdən transfer baş tutmayıb.

Qeyd edək ki, Juninyo daha əvvəl ölkəsinin “Atletiko Paranaense”, “Portimonense”, “Villa Nova” komandalarında, həmçinin Portuqaliya “Eştoril”ində çıxış edib. O, “Çaveş”in heyətində 76 oyuna 12 qol vurub.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata