Cəmiyyət

Bakıda yaşlı kişi bir həftədir xəstəxananın dəhlizində gecələyir

Bakıda yaşlı kişi xəstəxananın dəhlizində gecələyir.

Oxu.Az xəbər verir ki, bununla bağlı foto sosial şəbəkələrdə paylaşılıb.

Bildirilib ki, yaşlı kişi bir həftədir Nəsimi rayonu, M.Mirqasımov küçəsi, 1 AZ1022 ünvanında yerləşən 1 saylı Şəhər Klinik Xəstəxanasının dəhlizində özünə məskən salıb. Onun bu vəziyyəti kənardan müşahidə edənlərin narahatlığına səbəb olub.

Bununla bağlı tənqidləri qeyd edən sosial şəbəkə istifadəçiləri yaşlı kişiyə xəstəxanada sahib çıxanın olmadığını bildiriblər.

1 saylı Şəhər Klinik Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:

“Məsələ ilə bağlı araşdırma aparılır. Araşdırmadan sonra məlumat veriləcək”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər