Dünya

Rusiyada FTX ilə MN arasındakı mübarizə qızışır: Priqojindən sonra növbədə kimdir?

Rusiyada Təhlükəsizlik qüvvələri (FSB) və Müdafiə Nazirliyi arasında mübarizə aktiv fazaya daxil olur. Ona görə də bu qarşıdurma nəticəsində fiziki məhv hallarının olması istisna edilmir.

Bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Andrey Çernyak deyib.

“Bizim hesablamalarımıza görə, bu, artıq Kremlin “qüllələri” adlanan yerlər arasında açıq müharibədir. Nəticədə rəqabət aparan tərəflərin nümayəndələrinin fiziki məhvi baş verəcək”, – Çernyak bildirib.

O, vurğulayıb  ki, Rusiyada “yuxarı”lar artıq Prezident Vladimir Putinin zəiflədiyini başa düşürlər. İndi onlar hakimiyyətə əl atmağa çalışırlar.

Qeyd edək ki, üsyan cəhdinin ardından “Vaqner” muzdlularının rəhbəri Yevgeni Priqojinin oyundan kənarlaşdırıldığından sonra Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına rəhbərlik edən general Sergey Surovikinın artıq saxlanıldığı barədə xəbərlər yayılıb. İndi növbədə kimin olacağı maraq doğurur.

Mənbə: rbc.ua

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin