Dünya

3 milyon dollar dəyərində narkotik: Həbs edilən ermənistanlı müxalifətçinin oğlu Gürcüstanda saxlanıldı

“İctimai səs” partiyasının əvvəllər həbs olunmuş lideri Artak Qalstyanın oğlu Gürcüstanda narkotik vasitələrin qeyri-qanuni dövriyyəsində ittiham olunaraq saxlanılıb. Onun Ermənistana ekstradisiyası üçün tədbirlər görülür.

Ermənistan İstintaq Komitəsi 2019-2023-cü illərdə narkotik ticarəti ilə məşğul olan böyük mütəşəkkil cinayətkar dəstəni ifşa edib.

İstintaq müəyyən edib ki, cinayətkar qruplaşma üzvləri qeyri-qanuni narkotik dövriyyəsini “Telegram”da çoxsaylı qruplar vasitəsilə həyata keçiriblər. Satışın ümumi məbləği 3 milyon dollar dəyərində qiymətləndirilir. Cinayətin izlərini gizlətmək üçün qrup üzvləri pulu kriptovalyuta şəklində alıblar.

“İctimai səs” partiyasının lideri də daxil olmaqla səkkiz nəfərə qarşı cinayət işi açılıb.

Saxlanılan şəxsin atası Artak Qalstyana gəlincə, ona qarşı maliyyə dələduzluğu maddəsi ilə cinayət işi başlanıb. Bundan əlavə, o, Ermənistan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən beynəlxalq axtarışa verilmiş qalmaqallı məşhur videobloqer Vardan Qukasyanın (“Doq” ləqəbi ilə tanınan) tərəfdaşıdır. İstintaq “Doq”u təkcə hədə-qorxu ilə pul tələb etməkdə deyil, həm də məhkəməyə hörmətsizlikdə və müqaviləli hərbçilərə qarşı zorakılığa çağırışlarda ittiham edir.

Mənbə: Erməni KİV

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin