İdman

Azərbaycan boksçusu Avropa Oyunlarını bürünc medalla başa vurub

Azərbaycan boksçusu Murad Allahverdiyev (80 kq) Polşada keçirilən III Avropa Oyunlarında yarımfinal döyüşünə çıxıb.

“Report”un məlumatına görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziyanı təmin edən idmançı finala gedən yolda Qabriyel Veoçiçi (Xorvatiya) sınağa çəkib.

Ardıcıl olaraq, Kevin Şumann (Almaniya), Nikita Niysted (Finlandiya) və Hambardzum Hakobyanı (Ermənistan) mübarizədən kənarlaşdıran Allahverdiyev bu dəfə məğlubiyyətə üzülüb. Rəqib 5:0 (30:27, 29:28, 30:27, 30:27, 30:27) hesabı ilə qalib gəldiyindən Azərbaycan təmsilçisi Avropa Oyunlarını bürünc medalla başa vurub.

Qeyd edək ki, bu gün millinin daha bir üzvü yarımfinal görüşünə çıxacaq. Məhəmməd Abdullayev (+92 kq) Nelvi Ram Tiafakla (Almaniya) üz-üzə gələcək.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata