Cəmiyyət

Cəlilabadda taxıl sahəsini yandıran şəxs müəyyən edildi – VİDEO

İyunun 28-də Cəlilabad rayonu, Ağdaş kəndində biçilmiş taxıl sahəsində yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin səyi ilə yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Faktla əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən hadisənin başvermə səbəbləri və mümkün təqsirkar şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilib.

Belə ki, xidmət tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində hadisənin vətəndaş Valeh Şirinzadə tərəfindən ona məxsus həyətyanı sahədə təmizlik işləri apararkən ehtiyatsızlıqdan törədildiyi və yanğının biçilmiş taxıl sahəsinə keçdiyi müəyyən olunub.

Faktla bağlı toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə göndərilib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək həyətyanı sahədə təmizlik işləri zamanı açıq alovdan istifadənin yolverilməz olduğunu xatırladır, həmçinin yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməsinə çağırır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər