“Red Bull” komandasının pilotu Maks Ferstappen Avstriya Qran-prisinin sıralama turunun qalibi olub.
O, ən yaxşı dövrəni 1 dəqiqə 04,391 saniyəyə başa vurub.
İkinci yeri “Ferrari”nin pilotu Şarl Lekler (+0,048), üçüncü yeri isə onun komanda yoldaşı Karlos Sayns (+0,190) tutub.
Sessiya bazar günü keçiriləcək yarışın start sırasını müəyyən edib.
Qeyd edək ki, Avstriya Qran-prisi bazar günü, iyulun 2-də baş tutacaq.
Mənbə: sport-express.ru