Dünya

“Vaqner”lə əlaqəli yük təyyarəsi Belarusa uçdu

“Vaqner” özəl hərbi şirkəti ilə əlaqəli yük təyyarəsi Belarusa uçub.”Unikal” xəbər verir ki, bu barədə “Dosye” “Telegram” kanalı məlumat yayıb. Bu cür təyyarədən zenit-raket komplekslərinin, hərbi texnikanın daşınması üçün istifadə olunur. “AN-124” təyyarəsi ümumilikdə 880 döyüşçünü daşımağa qadirdir.

RA-82030 bort nömrəli “AN-124” təyyarəsi “Flightradar24” izləyicisindən göründüyü kimi, yerli vaxtla təxminən səhər saat 9-da Moskvadan havaya qalxıb, 10.20 radələrində isə Minskə enib.Təyyarə Rusiyanın Müdafiə Nazirliyinin tabeliyində olan “224 Letnıy otryad” dövlət aviaşirkətinə məxsusdur. Həm aviaşirkət, həm də təyyarənin özü “Vaqner” personalı və avadanlıqlarının daşınmasına görə ABŞ-nin sanksiyaları altındadır. Sanksiya siyahısı 2023-cü ilin mayında dərc edilib. “Flightradar24”ün məlumatlarına əsasən RA-82030 müntəzəm olaraq Suriyaya səfər edir.Qeyd edək ki, 25 iyun – Priqojinin qiyamından dərhal sonra RA-82030 Minskə uçub və həmin vaxt orada bir sutka qalıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin