Kriminal

Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanıldı

Şirvanda vətəndaşa qarşı soyğunçuluq edən şəxs saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Unikal”a verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan bir nəfərə qarşı soyğunçuluq edərək onun pulunu ələ keçirən şəxs saxlanılıb.

Araşdırmalarla həmin şəxsin şəhər sakini, əvvəllər məhkum olunmuş Vüsal Fərəcov olduğu müəyyən edilib.Aparılan araşdırmalar zamanı məlum olub ki, adıçəkilən şəxs toy məclisindən çıxan zərərçəkənin içkili vəziyyətdə olmağından istifadə edərək ona qarşı soyğunçuluq edib və həmin ərazidən uzaqlaşıb.Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, V.Fərəcov barəsində şəhər məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

0
0

Həmçinin baxa bilərsiniz

Kriminal

Olimpiya çempionunun məhkəməsində şahid: “Ərim yalan ifadə verməyim üçün mənə hədə-qorxu gəldi”

  • 26 Aprel 2023 - 14:53
Azərbaycanın tanınmış güləşçisi, yeniyetmələr arasında olimpiya çempionu, I Avropa Oyunları, Avropa və dünya çempionatının mükafatçısı Elman Muxtarovun cinayət işi üzrə
Kriminal

Prokuror FHN-də intim videolar çəkən polkovnikə cəza istədi

  • 26 Aprel 2023 - 16:33
Bakı Ağır Cinayətlər Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisinin sabiq köməkçisi, həbsdə olan polkovnik Zaur Mirzəyevin