Cəmiyyət

Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq

“”Dərman vasitələri haqqında” Qanuna dəyişikliklərdə əsas məqsəd dərman vasitələrinin çeşidinin artırılması və əlçatanlığın təmin olunmasıdır. Səhiyyə Nazirliyinin sifarişi əsasında Tarif Şurası dərman vasitələrinin qiymətlərinə yenidən baxacaq”.”Unikal” xəbər verir ki, bunu səhiyyə nazirinin müavini Rasim İsmayılov Milli Məclisin Səhiyyə komitəsinin iyulun 4-də keçirilən iclasında “Dərman vasitələri haqqında” Qanunda dəyişikliklə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən danışan nazir müavini Qanuna dəyişikliklərin vətəndaşlar üçün əhəmiyyətli olduğunu bildirib.Onun sözlərinə görə, dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi hər ölkəyə görə fərqlənir. “Fərq ondan ibarətdir ki, dərmanların satışı alıcının seçimi əsasında deyil, həkimlərin və ya əczaçının tövsiyəsi əsasında həyata keçirilir”, – deyə Rasim İsmayılov vurğulayıb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər