Beynəlxalq Şahmat Federasiyası VAR sistemini şahmatda da tətbiq etmək niyyətindədir.”Unikal” xəbər verir ki, bu barədə federasiya açıqlayıb.
FİDE onun himayəsi altında keçirilən turnirlərdə hakimlərə kömək etmək üçün şahmat VAR – idChess-dən istifadə etməyi düşünür. IdChess şahmat oyunçusu şikayət etdikdə aktivləşdirilir. Hakimin baxış əsasında oyunu dayandırmaq səlahiyyəti olacaq.