Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki Su-25 təyyarəsi vurulub. “Unikal” xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin general-leytenantı İqor Konaşenkov məlumat verib.
Hərbi təyyarələrin Donetsk Xalq Respublikasında (DXR) vurulduğu qeyd olunub. Bundan əlavə, dörd “Storm Shadow” raketi və ABŞ-nin verdiyi dörd HIMARS reaktiv yaylım atəşi sisteminin (MLRS) ələ keçirildiyi deyilir. Ağarza Elçinoğlu