“Bu çimərliklərdə çimmək qadağandır!” Sonra isə çmərliklərin adları sadalanır: Şıx, Qaradağ, Türkan, Astara… Görəsən, belə məlumatlardan agah olub həmin yerlərə getməyən olubmu?!Dəniz suyunun yüksək bakterioloji çirklənmə göstəricilərinin əhalinin sağlamlığı üçün təhlükə yaratdığını nəzərə alaraq bəzi çimərliklərdən istifadəyə qadağa qoyulub. Amma həm yerli sakinlər, həm turistlər buna məhəl qoymadan adları sadalanan çimərliklərə üz tuturlar.
“Unikal” xəbər verir ki, çimərliklərdə dənizin bizə xeyri və zərəri haqqında sualları Azərbaycanda və onun hüdudlarından kənarda tanınan və sevilən həkim – dermatoloq, tibb elmləri doktoru, prof. Zülfüqar Fərəcov cavablandırıb.Prof. Fərəcov Zülfüqar 1973-cü ildə Azərbaycan Tibb Universitetini bitirdikdən sonra 1975 – 1982-ci illərdə Bakı və Sumqayıt şəhərlərinin xəstəxanalarında, Dəri-zöhrəvi dispanserlərdə həkim-dermatoveneroloq kimi fəaliyyət göstərir. 1982-1985-ci illərdə Moskva şəhəri Mərkəzi Dəri-Zöhrəvi Elmi-tədqiqat İnstitutunda klinik ordinaturada çalışır, 1985-ci ildə elə orada namizədlik dissertasiyasını müdafiə edir.1986 -1987-ci illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda baş elmi işçi vəzifəsində çalışdıqdan sonra 1987-1990-cı illərdə Moskva şəhəri Mərkəzi Dəri-Zöhrəvi Elmi-tədqiqat İnstitutunda doktorant olur, 1990-cı ildə doktorluq dissertasiyasını müdafiə edir.1991-ci ildən Azərbaycan Tibb Universitetinin Dermatovenerologiya kafedrasının professoru, 2008-2017-ci illərdə kafedra müdiri vəzifəsini yerinə yetirir.Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 13 iyun tarixli 2863 nömrəli Sərəncamı ilə prof. Zülfüqar Fərəcova “əməkdar elm xadimi” fəxri adı verilir.1999-2019-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu kimi fəaliyyət qöstərən prof. Fərəcovun on bir tələbəsi Tibb üzrə Fəlsəfə Doktoru dərəcəsinə layiq görülmüşdür. 2012-cü ildən “Azərbaycan Dermatoveneroloqlarının Elmi Cəmiyyəti” İctimai Birliyinin sədridir. Onun çap olunmuş elmi əsərləri və dərslikləri bir çox mütəxəssislərin masaüstü kitabına çevrilmişdir. – Zülfüqar müəllim, qadağan olunmuş çimərliklərdən istifadə nə ilə nəticələnə bilər?- Belə çimərliklərdən istifadə etdikdə müxtəlif dəri xəstəliklərinə yoluxmuş olursunuz. Ən əsası da göbələk xəstəlikləri, dermatitlər və infeksiyon xəstəlik buketləridir. Xüsusən də çirkli su həssas dəri üçün çox təhlükəlidir. Suyun çirkli olması nəticəsində insanda mədə-bağırsaq xəstəlikləri də yarana bilər. Məhz bu səbəblərdən qadağan olunmuş ərazilərdə çimmək qətiyyən olmaz!- Qızmar yayımızın bizə gətirdiyi xəstliklər haqqında nə deyə bilərsiniz? – Günəş şüalarının təsiri nəticəsində pasiyentlərdə günəş dermatiti meydana gələ bilər. Bunun fonunda dəridə qızartı əmələ gəlir ki, bu zaman dəridə kobudlaşma yaranır. Günəş vannaları davam edərsə suluqlu elementlər əmələ gəlir və həmin yerlərdə dərinin strukturu dəyişir. Yay aylarında belə pasiyentlər klinikamızdan əskik olmur. Ayaqların göbələk xəstəliklərinə də təsadüf edirik. Əsasən, 3-4, 4-5 barmaqarası büküş və bəzən, əl barmaqları da prossesə cəlb olunur. İfrat tərləmənin fonunda rəngbərəng dəmrov və yaxud, kəpəklənən dəmrov deyilən xəstəliklə müraciətlər də az deyil.Sadaladığım bizim yayımızın əsas xəstəlikləridir. Əgər bu cür probleminiz varsa fəsadları istisna etmək üçün N-Laz klinikasına gələrək tam müayinə edin və müalicə alın.- Sizə çoxlarını maraqlandıran bir sual vermək istərdim. Ölkəmiz çox yüksək templə inkişaf edir. Bu nöqteyi-nəzərdən turizmin rolu çox böyükdür. Turizmin genişləndirilməsin sizin birbaşa işinizə təsiri oldumu?- Biz həqiqətən də yüksək texnologiyalar əsrində yaşayırıq. Dövlətin aqıllı və uzaqgörən siyasəti sayəsində həm neft, həm də qeyri-neft sektorları inkişaf edir ki, bu da sevindirici haldır. Bu gün turizmin inkişafı prioritet məsələdir. Amma nə qədər kobud səslənsə də, xaricdən gələn qonaq axınının artması ilə cinsi yolla keçən xəstəliklərə yoluxmaların sayı artır.Azərbaycan, İstirahətə və ya nadir tarixi incilərimizi ziyarət etməyə gələn qonaqlar üçün cənnətdir. Ancaq təəssüf ki, xəstəliklərdə də böyük artım var: sifilis, ikincil immun çatışmazlığı – QİÇS və digər cinsi yolla ötürülən xəstəliklər.- Bununla necə mübarizə aparmaq olar?- Sivil yanaşma olmalıdır. Cinsi yolla keçən xəstəliklərin və QİÇS-in inkişafına nə səbəb olur? Son illər bu barədə o qədər yazılıb, televiziyalarda göstərilib ki, az qala hamı bilir: qarışıq və dağınıq həyat tərzi sonda faciəyə gətirib çıxarır. Təbii ki, qorunmaq lazımdır. Amma daha yaxşı olar ki, şübhəli əlaqələrdən çəkinəsiniz. Hər kəs bunu bilir, amma çoxları, təəssüf ki, yenə də xəstələnirlər.Bizim klinikamızda dəri – zöhrəvi problemlərinizi konfidensial şəkildə həll edərik. Bütün analizləri də N – Laz Tibb mərkəzində verə bilərsiniz.Əziz oxucular, həm də bilin ki, aidiyyatı qurumların qadağaları yalnız sizin səhhətinizin qorunmağı üçündür. Diqqətiniz üçün təşəkkür edirəm.Instagram – @nlaz_clinicFacebook – N-Laz klinikaTikTok – @nlaz.klinika Ünvan: Bakı, Əlicabbar Orucəliyev küç., 11A ( Nərimanov metrosu);☎ (+994) 50 2620566 ; (012) 514 22 64