Türkiyə Ordusunun 2 hərbçisi Pəncə-Şimşək Əməliyyatı Bölgəsində şəhid olub.”Unikal” xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi açıqlayıb.
Məlumata görə, terror təşkilatı üzvlərinin açdığı təcavüz atəşi nəticəsində sıravi əsgərlər Həsən Taş və Furkan Günergök ağır yaralanıb. Hər iki hərbçi xəstəxanada həlak olublar.