İdman

Antoni “Mançester Yunyted”dən də uzaqlaşdırıldı

Adı “Mançester Yunayted”də zorakılıq iddialarında hallanan Antoni üçün yeni qərar verilib. 

Qaynarinfo-nun məlumatına görə, sevgilisinə təcavüz etdiyi iddia olunan Antoninin klub tərəfindən sonrakı xəbərdarlığa qədər komandaya dönməyəcəyi açıqlanıb.

Premyer Liqa təmsilçisinin açıqlamasında, “Klub olaraq Antoniyə qarşı irəli sürülən ittihamlardan xəbərdarıq. Beynəlxalq matçlarda iştirak etməyən oyunçuların bazar ertəsi günü qayıtması tələb olunur, lakin Antoninin növbəti bildirişə qədər geri dönməyəcəyinə dair razılıq əldə edilib. Bir klub olaraq zorakılığı, belə hərəkətləri qınayırıq. Bu vəziyyətdə iştirak edən hər kəsin qorunmasının vacibliyini və iddiaların digərlərinə təsirini qəbul edirik” – sözlərinə yer verilib. 

Mövzu ilə bağlı futbolçu da danışıb. O, “Mənə qarşı bu ittihamlara baxmayaraq, bir müddət fasilə vermək üçün “Mançester Yunayted”lə razılaşdıq. Bu, komanda yoldaşlarımın diqqətini yayındırmamaq məqsədilə qarşılıqlı qərar idi. Bir daha qeyd edirəm ki, günahkar deyiləm. Bu prosesdə polislə birgə çalışmağa davam edəcəyəm” – ifadələrini işlədib.

İddialara görə, Antoni keçmiş sevgilisi Qabriela Kavallini təhqir edib, ona hədə mesajları göndərib, başından və əllərindən xəsarət yetirib.

Braziliya Futbol Federasiyası da məhz bu səbəbdən Antonini millidən uzaqlaşdırdıqlarını açıqlayıb.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata