Hadisə

Şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

Milli Hidrometeorologiya Xidmətinin sentyabrın 11-nə olan məlumatına əsasən, ölkə ərazisində müşahidə olunan güclü külək səhər saatlarından zəifləyib. Bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Xidmətdən “Unikal”a bildirilib ki, düşən yağıntının miqdarı Astarada 31 mm, Lənkəranda 21 mm, Yardımlıda 9 mm, Qusar, Qax (Sarıbaş), Naxçıvan, Şahbuz, Ordubad, Ağdam, Balakən, Quba, Beyləqan, İmişli, Cəfərxan, Biləsuvarda 4 mm-dək olub.

Qrız və Lerikdə duman müşahidə olunub.

Sentyabrın 10-da Bakıda iqlim normasından 2.5 dərəcə aşağı olub. Bakıda və Abşeron yarımadasında 23 dərəcəyədək isti, Naxçıvan MR-da 26-30 dərəcə isti, Aran rayonlarında 25-29 dərəcə, dağlıq rayonlarda 17 dərəcəyədək isti qeydə alınıb.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.