İdman

Azərbaycan – İordaniya oyununda ilk hissə başa çatdı – YENİLƏNİR

Bakıda futbol üzrə kişilərdən ibarət Azərbaycan və İordaniya milliləri yoldaşlıq oyununda üz-üzə gəlirlər. Qarşılaşmanın ilk hissəsi başa çatıb. İlk hissədən sonra millimiz 1:0 hesabı ilə öndədir.

20:51

Bakıda futbol üzrə kişilərdən ibarət Azərbaycan və İordaniya milliləri yoldaşlıq oyununda üz-üzə gəlirlər. Qarşılaşmada Azərbaycan millisi 45+1-ci dəqiqədə hesabda önə keçib. E.Mahmudov penalti zərbəsindən fərqlənib.

20:02

Bakıda futbol üzrə kişilərdən ibarət Azərbaycan və İordaniya milliləri yoldaşlıq oyununda üz-üzə gəlirlər. Hakimin start fiti ilə qarşılaşma başlayıb. 

19:32

Beynəlxalq yoldaşlıq oyununda üz-üzə gələcək Azərbaycan və İordaniya millilərinin start heyətləri bəlli olub.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

Azərbaycan: Şahruddin Məhəmmədəliyev, Qismət Alıyev, Bəhlul Mustafazadə, Anton Krivotsyuk, Elvin Cəfərquliyev, Emin Mahmudov, Coşqun Diniyev, Aleksey İsayev, Ozan Can Kökçü, Musa Qurbanlı, Mahir Emreli.

İordaniya: Yazid Əbu Layla, Mustafa Eid, Yazan əl-Arab, Abdullah Nəsib, İhsan Haddad, Nizar Əl Raşdan, Raqayi Ayed, Musa Hammad, Əli Olvan, Mahmud Almardi, Həmzə əl-Dardur.

Qeyd edək ki, bu gün “Dalğa Arena”da oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata