Dünya

Ermənistanın keçmiş səfiri və oğlu azadlığa buraxıldı

Ermənistanın İsraildəki keçmiş səfiri Armen Smbatyan və dirijor oğlu Sergey Smbatyan külli miqdarda girov müqabilində həbsdən azad ediliblər.

“Unikal” xəbər verir ki, Ermənistan baş prokurorunun müşaviri Lusine Martirosyan “Sputnik Ermənistan” müsahibəsində bildirib ki, bu barədə qərarı işə nəzarət edən prokuror verib.

Smbatyanlar 100 milyon dram (təxminən 260 min dollar) girov müqabilində azad olunublar. Onlar, həmçinin, yaşayış yerini tərk etməməklə bağlı öhdəlik götürüblər. 

Xatırladaq ki, ata və oğul Smbatyan iyulun 29-da dələduzluqda –  dövlətə 966 milyon dram (2,5 milyon dollar) məbləğində maddi ziyan vurmaqda şübhəli bilinərək saxlanılıb. İyulun 30-da onların hər ikisi həbs edilib. 

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin