Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda üçüncü qol vurulub.”Unikal” xəbər verir ki, Azərbaycan yığması yenidən hesabda önə keçib – 2:1.
79-cu dəqiqədə Renat Dadaşov fərqlənib.xxx21:16Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda ikinci qol vurulub.”Unikal” xəbər verir ki, rəqibin heyətində Nizar Əl Raşdan 57-ci dəqiqədə tarazlığı bərpa edib – 1:1.
Bakıda Azərbaycan və İordaniya milli komandaları arasında keçirilən beynəlxalq yoldaşlıq oyununda hesab açılıb.”Unikal” xəbər verir ki, Azərbaycan yığmasının heyətində Emin Mahmudov 45-ci dəqiqədə penaltidən fərqlənib.Tərəflər fasiləyə bu hesabla yollanıblar.
Bakıda Azərbaycan-İordaniya yığması arasında keçirilən beynəlxalq yoldaşlıq oyunu başlayıb.”Unikal” xəbər verir ki, “Dalğa Arena”da oynanılan görüş saat 20:00-da start götürüb.Matçı türkiyəli FIFA referisi Arda Kardeşlər idarə edir.Qeyd edək ki, daha əvvəl iki dəfə Asiya təmsilçisi ilə üz-üzə gələn millimiz bu oyunların heç birində uduzmayıb – bir heç-heçə, bir qələbə.