Yaxın günlərdə Ukrayna prezidenti Volodimir Zelenski ilə İsrailin baş naziri Binyamin Netanyahu arasında görüş baş tutacaq.
“Unikal” xəbər verir ki, bu barədə İsrailin Ukraynadakı səfiri Mixail Brodski bildirib .
“Netanyahu-Zelenski görüşü yaxın günlərdə Nyu-Yorkda baş tutacaq. İki ölkənin liderləri BMT Baş Assambleyasının iclasında iştirak edəcəklər”.
Sentyabrın 7-də Netanyahu Zelenski ilə telefon danışığında İsrailin Kiyevə, o cümlədən ölkədəki ukraynalı qaçqınlara yardımının davam etdirilməsi, habelə mülki hava hücumundan müdafiə sistemlərinin inkişafına yardımın təşviqi məsələlərini müzakirə edib .
Bundan əvvəl İsrail baş nazirinin ofisi məlumat vermişdi ki, ölkə hökuməti ukraynalı qaçqınlara humanitar yardım göstərmək proqramını 2023-cü ilin sonuna qədər uzadıb . Söhbət gələcək tibbi yardımdan, o cümlədən həyati vacib prosedurlardan gedir.