Hadisə

Bakıda və Şəmkirdə ağaclar kəsildi

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Bakı şəhərinin Nəsimi, Nizami, Xətai rayonları ərazisində, eyni zamanda Şəmkir rayonunda ağacların qanunsuz kəsildiyi müəyyən edilib.Xidmət rəsmisi Bəhruz Məhəmmədov “Unikal”a bildirib ki, araşdırma zamanı ağacların Nəsimi rayonunda “İnvest.M Construction” MMC, Nizami rayonu Q.Qarayev prospektində “REA” MMC, Xətai rayonu Xudu Məmmədov küçəsində “Suqovuşan” ictimai-iaşə obyekti, Şəmkir rayonu Dəllər qəsəbəsində isə vətəndaş Mahirə Məmmədzadə tərəfindən kəsildiyi məlum olub.Faktlarla bağlı akt tərtib edilib, hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.