Cəmiyyət

Fərhad Əhmədovun 150 milyonluq şirkəti məhkəmə qarşısında

Azərbaycanlı milyarder Fərhad Əhmədova məxsus Teymur Əhmədov adına “Aznar” Qapalı Səhmdar Cəmiyyəti (QSC) cərimələnə bilər. Qaynarinfo xəbər verir ki, “Aznar” QSC xarici valyuta vəsaitlərinin xaricdən qaytarmamaqda ittiham olunur. Şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi (Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsi ilə protokol tərtib olunub.

İşə baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. 483-cü maddədə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin 30 faizindən 50 faizinədək məbləğdə cərimə nəzərdə tutulur. “Aznar” QSC 9 oktyabr 2006-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 149 987 312 AZN olan şirkətin qanuni təmsilçisi Əhmədov Asif Kamal oğludur. Asif Əhmədovun Fərhad Əhmədovun yaxın qohumudur.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər