Dünya

Mafiya liderinin yaxın adamları Afinada öldürüldü

Yunanıstanın paytaxtı Afinanın Artemida ətrafında baş verən silahlı hücumda 6 nəfər həyatını itirib.”Unikal” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisədən sonra yunan polisi bölgədə genişmiqyaslı araşdırma başladıb.

Məlum olub ki, cinayət mafiyalar arasında baş verən qanlı münaqişə zamanı olub. Öldürülən şəxslərin Türkiyə polisinin araşdırmalarının hədəfinə çevrilmiş cinayət şəbəkəsinin üzvləri olduğu öyrənilib. Ölənlərin Türkiyədə bir sıra silahlı aksiyalarda iştirak edən və İtaliyada fərarilik həyatı yaşayan cinayətkar təşkilatın lideri Barış Boyunun yaxın adamları olduğu bildirilib. 6 nəfərin ölümü ilə bağlı cinayət işi açılıb.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin