Cəmiyyət

Nazir direktoru işdən çıxardı, yeni vəzifəyə təyin etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza Agentliyinin Respublika Reabilitasiya Mərkəzinin direktoru işdən çıxarılıb.Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir Sahil Babayevin müvafiq əmri ilə Eyvazov Şaban Hümmət oğlu Respublika Reabilitasiya Mərkəzinin direktoru vəzifəsindən azad olunub. O, daha kiçik vəzifəyə – Suraxanı rayon, Yeni Günəşli qəsəbəsində yerləşən, sağlamlıq imkanları məhdud uşaqların tibbi, sosial, tədris-peşə reabilitasiyasını həyata keçirən 2 nömrəli Uşaq Reabilitasiya Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.

Əldə etdiyimiz məlumata görə, Şaban Eyvazovun vəzifəsindən azad olunmasının səbəbi aparılan yoxlama zamanı Respublika Reabilitasiya Mərkəzinin fəaliyyətində ciddi nöqsanların aşkarlanması olub. Bu barədə növbəti yazımızda…

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər