Dünya

Türkiyəli nazirdən Zəngəzur dəhlizi ilə bağlı önəmli AÇIQLAMA

Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr olaraq biz 1 trilyon dolları keçən iqtisadi böyüklüyə malik qlobal gücə çevrilmə potensialına malik bir cəmiyyətik. “Unikal” xəbər verir ki, bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Əbdülkadir Uraloğlu İstanbulda keçirilən Türkiyə Dövlətləri Təşkilatının (TDT) Multimodal Nəqliyyat və Logistika Forumunda deyib.

Nazir qeyd edib ki, Zəngəzur dəhlizi Qafqazda normallaşma üçün həyati əhəmiyyət kəsb edir: “Türkiyə ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək bu əlaqənin həyata keçirilməsinin bütün türk dünyasını birləşdirəcək mühüm addım olacağına inanıram. Biz bütün region ölkələrinin faydalanacağı bu xətti, o cümlədən onun əlaqələrini mümkün qədər tez başa çatdırmaq üçün Azərbaycanla çox sıx işləyirik”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin