Cəmiyyət

Bu şəxslər vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq

Miqrasiya orqanlarında sınaq müddəti müəyyən edilmiş şəxslər vəzifəyə xüsusi rütbə verilmədən təyin olunacaq və həmin müddətdə yalnız vəzifə maaşı alacaqlar.”Unikal” xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də dəyişiklik layihəsində əksini tapıb.Layihədə qeyd edilib ki, ilk dəfə miqrasiya orqanlarına qulluğa qəbul edilən şəxslər üçün daxil olduqları vəzifədən və hazırlıq səviyyələrindən asılı olaraq 3 aydan 6 aya qədər sınaq müddəti (kiçik xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə qulluğa qəbul edilən şəxslər üçün yalnız üç aylıq sınaq müddəti) müəyyən edilir.Sınaq müddəti müəyyən edilmiş şəxslər müvafiq vəzifəyə xüsusi rütbə verilmədən təyin olunur və onlar həmin müddət ərzində yalnız vəzifə maaşı alacaq.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər