Cəmiyyət

Yağıntılı hava şəraiti davam edib – FAKTİKİ HAVA

Faktiki hava açıqlanıb.Milli Hidrometeorologiya Xidmətindən “Unikal”a verilən xəbərə görə, senytabrın 14-ü saat 9-a olan məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb. Bəzi yerlərdə yağıntılar intensiv olub.Düşən yağıntının miqdarı Culfada 14 mm, Şahdağ, İsmayıllıda 12 mm, Yardımlıda 11 mm, Cəfərxanda 10 mm, Lerikdə 9 mm, Astara, Lənkəranda 8 mm, Sabirabad, Naxçıvanda 7 mm, Ordubad, Zərdab, Beyləqan, İmişli, Kürdəmir, Biləsuvar, Şərur, Şahbuz, Oğuz, Şamaxı, Qobustan, Tərtər, Ağdam, Altıağac, Balakən, Bərdə, Yevlax, Neftçala, Göygöl, Şəki, Daşkəsən, Xaltan, Qrız, Şabran, Mingəçevir, Göyçay, Şirvan, Göytəpə, Kəlvəzdə 5 mm-dək, Bakıda və Abşeron yarımadasında isə 2 mm-dək olub.Sumqayıt, Neft Daşları, Şahbuz, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Qəbələ, Şəki, Qax, Şamaxı, Qrız, Şahdağ, Balakən, Göyçay, Lerikdə duman müşahidə olunub.Dumanda görünüş 500-1000 metrədək məhdudlaşıb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər