Hadisə

Bakıda məktəbin qarşısında gənc oğlan bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.APA xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.Belə ki, 90 nömrəli tam orta məktəbin qarşısında 1992-ci il təvəllüdlü İsmayıl Nəriman oğlu Əsgərov qəfil naməlum şəxsin hücumuna məruz qalıb.Həmin şəxs İsmayıl Əsgərova bıçaq zərbəsi endirərək ərazidən qaçıb.Yaralı ətrafdakı insanların köməyi ilə xəstəxanaya çatdırılıb.O, cərrahi əməliyyat edilib. Vəziyyəti ağır kimi qiymətləndirilir.Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.