Cəmiyyət

Sabahdan toylar başlayır – Avtomobil, gözəllik salonu və restoranlarda QİYMƏTLƏR

Məhərrəm və səfər aylarının başa çatması ilə sabahdan restoran və şadlıq saraylarında toy və nişan məclislərinin keçirilməsinə başlanacaq.Baku.ws-in məlumatına görə, Bakıda fəaliyyət göstərən şadlıq evlərinin bir çoxunda sentyabr ayı üçün boş yerlər, demək olar ki, qalmayıb.Oxşar vəziyyət gəlinlik salonları, avtomobil sifarişləri və digər toy xidmətlərində mövcuddur. Bir neçə ay bundan öncə bron edilən xidmətlərdən sabahdan etibarən istifadə ediləcək.Bəs toy etmək üçün gənclər nə qədər xərc çəkməli olurlar?Bu suala cavab tapmaq üçün kiçik araşdırma apardıq. Gəlinlik salonlarında ən ucuz gəlinlik 500 manatdan başlayır 5 min manata qədər artır. Xanımlar toy günü gözəllik salonunda isə azı 100-150 manat xərcləməli olurlar. Kişilər üçün qiymət 30-50 manat arasında dəyişir.Avtomobil kirayəsində qiymətlər isə modelə görə dəyişir. Belə ki, ən ucuz avtomobil 100 manata başa gəlirsə, maksimum 800 manat xərcləməli olurlar.Şadlıq saraylarındakı qiymət də fərqlidir. Məkanın tutumu, menyusu və yerləşdiyi əraziyə görə qiymətlər fərqlidir. Belə ki, 40 manatdan başlayan qiymətlər 200 manatadək qədər artır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər