Dünya

Ukraynalı deputat dövlətə xəyanətdə ittiham olunub

Ukraynanın xalq deputatı Nestor Şufriç dövlətə xəyanətdə şübhəli bilinir. “Unikal” xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidməti (SBU) məlumat yayıb. Məlumata görə, hüquq-mühafizə orqanları Şufriçin Ukrayna əleyhinə fəaliyyətinə dair əsaslandırılmış sübutlar toplayıb: “Şufriç FSB agenti, Rusiya Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş katibi Vladimir Sivkoviçlə sıx əməkdaşlıq edib və onun tapşırıqlarını yerinə yetirib. Onun vəzifəsi Ukraynadakı rus agentlərini koordinasiya etmək idi”.Hazırda Şufrixin yaşadığı yerdə və ona yaxın şəxslərdə 45 axtarış aparılır. İbtidai istintaq davam edir. Deputatı 15 ilə qədər həbs gözləyir.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin