Dünya

Ermənistan Müdafiə Nazirliyində kütləvi həbslər

Ermənistanda bir neçə şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, fırıldaqçılıqla məşğul olmaqda və oğurluq etməkdə şübhəli bilinərək saxlanılıb.”Unikal” xəbər verir ki, bu barədə Ermənistanın İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, saxlanılanlar arasında Ermənistanın Müdafiə Nazirliyinin keçmiş əməkdaşları da var.Belə ki, Ermənistan Müdafiə Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr İdarəsinin keçmiş rəisi Gevorq Altunyan 2019-2021-ci illərdə “dasaran.am” saytının təsisçisi Suren Aloyan ilə əlbir olaraq, eləcə də, Müdafiə Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr İdarəsinin əməkdaşları K.P. və A.A.-nın yardımı ilə satınalma sənədlərinə yanlış məlumatlar daxil edərək, dövlətdən 106,3 milyon dram (270 min dollar) oğurluq edib.Qeyd olunan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin