Dünya

Ronaldo “Yuventus”u məhkəməyə verir – 19.9 milyon tələb edir

“Əl-Nasr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo maaş borcuna görə “Yuventus”u məhkəməyə vermək qərarına gəlib. Qaynarinfo xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.Ronaldonun “Yuventus”la gizli müqaviləsi olub və bu, pandemiya zamanı Turin klubuna maaşların ödənilməsini təxirə salmağa imkan verib. İtalyanlar Ronaldoya 19,9 milyon avro ödəməlidir. Portuqaliyalının klubdan ayrılacağı təqdirdə bu ödənişin edilməsi vəd verilibmiş.

Qeyd edək ki, Ronaldo 2018-2021-ci illərdə Turin klubunun formasını geyinib. O, 134 oyunda 101 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.Portuqaliyalı ulduz bu ilin 2 yanvarında ildə Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubuna keçib. Müqaviləyə əsasən, o, ildə 200 milyon avro alacaq.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin