Cəmiyyət

Daha dörd güləşçimiz mübarizəyə başlayır

Bu gün Azərbaycanın daha dörd sərbəst güləşçisi Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında mübarizəyə başlayacaq.
“Unikal” xəbər verir ki, 79 kq çəki dərəcəsində çıxış edən Orxan Abasov təsnifat mərhələsində Dünya Güləş Birliyinin (UWW) bayrağı altında çıxış edən İman Mahdavi ilə üz-üzə gələcək.
57 kq-da Əliabbas Rzazadə 1/16 finalda Zeyn Riçardsla (ABŞ) qarşılaşacaq.
74 kq-da Turan Bayramov eyni raundda bəhreynli Maqomedrasul Asluyevlə, 92 kq-da isə Osman Nurmaqomedov 1/8 finalda Teyvir Bol (Kanada) – Denis Sahaliuk (Ukrayna) cütünün qalibi ilə güləşəcək.
Ötən gün mübarizəyə qoşulan Maqomed-Başir Xaniyev (70 kq) təsəlliverici görüşdə iştirak edəcək. O, polşalı Patrik Olenşinlə üz-üzə gələcək.
Qeyd edək ki, lisenziya xarakterli dünya çempionatı sentyabrın 24-də başa çatacaq.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər