Hadisə

Hacıqabulda ağır qəza olub, ölənlər var

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 114-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub
FHN-dən “Unikal“a verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” və “Kia” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.