Cəmiyyət

Elzadan ağır sözlər: “Naxələf murdarlar!“

Əməkdar artist Elza Seyidacah nəvəsi Səmərruxu birinci sinfə yola salıb. Müğənni məktəbdən çəkilən fotoları izləyiciləri ilə bölüşüb.Sosial şəbəkələrdə yayılan fotolara çoxsaylı şərhlər yazılıb. Bəziləri Seyidcahanın qızı Gülşənin bəstəboyluğuna lağ edib və onu ələ salıb.Sənətçinin qızı isə yazılan rəylərə səssiz qalmayıb. O, şərhlərə sərt cavab verib:”Nə gözəl ki, məni məktəbliyə bənzətdiniz. Bundan heç bir xanıma gözəl tərif ola bilməzdi. Cavan ana, həm qız, həm də igid oğul anası, əlbəttə, hisslərinizi başa düşürəm, bəzilərinin layiq ola bilmədiyinə Allah məni layiq bilib, həyatın ən gözəl nemətlərini verib, övlad payı verib, ana edib. Ucaboy olmağı heç arzulamıram da. Həmişə övladlarımın yanında onlara rəfiqə, bacı, dost və ən gözəl ana olacağam, amma sizin kimi uzun, ağlı dabanında olmayacam. Bir körpə balanın məktəbə gedişinə xoş söz yazmayan naxələf murdarlar!”

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər