Dünya

Moskvanın təklif etdiyi qaz qovşağı ilə bağlı dezinformasiyalara Ankaradan reaksiya

Moskvanın təklif etdiyi qaz qovşağı ilə bağlı Ankara son vaxtlar çoxsaylı dezinformasiyalara şahid olur”.Bu barədə “RİA Novosti”yə Türkiyə Prezidentinin administrasiyasındakı mənbə xəbər verib.Bildirilib ki, bu cür dezinformasiyalarda əsas hədəf layihənin perspektivlərini gözdən salmaqdır.O, həmçinin vurğulayıb ki, bütün iri layihələrdə düşməncəsinə yanaşmalara rast gəlinir, qaz qovşağı layihəsi də istisna deyil.“Rusiya və Türkiyə tərəfləri layihənin həyata keçirilməsi ilə bağlı işləri davam etdirirlər. Hazırda bütün detallar müzakirə olunur”, – deyə agentliyin həmsöhbəti vurğulayıb.Mənbə onu da qeyd edib ki, layihənin məqsədi enerji təhlükəsizliyini və bazarda balanslaşdırılmış qiymət yanaşmasını təmin etmək olduğundan proyektdə iştirak edənlər arasında itirənlər olmayacaq.Xatırladaq ki, bir müddət əvvəl Rusiya və Türkiyə qaz qovşağı layihəsinin həyata keçirilməsi üçün işçi qrupu yaradılacağı, qovşağın fəaliyyətinin hüquqi bazasını razılaşdıracağı barədə xəbər verilib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin