Dünya

Ümidvarıq ki, Azərbaycanın Tehrandakı səfirliyi yenidən açılacaq – İran XİN

“Biz atılan addımların başa çatdırılması nəticəsində Azərbaycanın Tehrandakı səfirliyinin fəaliyyətinin bərpasının şahidi olacağımıza nikbin yanaşır və bu prosesi arzuolunan və perspektivli hesab edirik”.Fars News xəbər verir ki, bunu İran XİN-in mətbuat katibi Naser Kənani deyib.O, nazirliyin rəhbəri Hüseyn Əmir Abdullahianla azərbaycanlı vəzifədaşı Ceyhun bayramov arasında son telefon danışığı və Azərbaycanın Tehrandakı səfirliyinin yenidən açılması prosesi ilə bağlı sualı cavablandırıb:”Son aylar ərzində iki ölkə arasında müxtəlif nümayəndə heyətləri mübadiləsi apardıq. Bundan başqa, iki ölkənin xarici işlər nazirləri arasında telefon danışıqları və Bakıda keçirilən görüş olub. Danışıqlar prosesi, eləcə də iki ölkənin təhlükəsizlik, məhkəmə və iqtisadi sahələrində aparılan danışıqlar ümidverici irəliləyişdir.Xarici İşlər Nazirliyinin sözçüsü bildirib: “Son telefon söhbətində görülmüş işlərə və danışıqlara nəzər salınıb və yeni addımlar üçün hədəflərin müəyyən edilib”.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin