Dünya

Ankarada fabrikdə yanğın baş verib

Türkiyənin Ankara şəhərinin GER-SAN Sənaye Sahəsinin Tahsin Karaman küçəsində yerləşən ikimərtəbəli süngər fabrikində yanğın baş verib. Küləyin təsiri altında alov sürətlə böyüyüb. Yanğın fabrikin qarşısında dayanan mikroavtobusa da keçib.Şəhərin bir çox yerindən yüksələn tüstü görünüb və ilkin məlumata görə, dörd nəfər tüstüdən təsirlənib. Hadisə yerinə çox sayda xilasetmə, sağlamlıq, polis, elektrik və təbii qaz idarəsi qrupları sövq edilib.Polis ərazidə təhlükəsizlik tədbirləri görüb və yaxınları ilə görüşmək üçün əraziyə daxil olmaq istəyənlərin qarşısını alıb. Yanğınsöndürmə briqadalarının yanğını söndürmək üçün tədbirləri davam edir.Mənbə: Haber Global

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin