Cəmiyyət

Hikmət Hacıyev Ermənistanın mina terrorundan bəhs etdi

“Ermənistanın Azərbaycana qarşı mina terroru davam edir”. Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində yazıb. Hikmət Hacıyev qeyd edib ki, bu gün Ermənistan silahlı qüvvələrinin Füzuli-Şuşa avtomobil yolunda qəsdən yerləşdirdiyi minanın partlaması nəticəsində Azərbaycan Yol Tikintisi İdarəsinin iki mülki əməkdaşı həlak olub: “10 noyabr 2020-ci il tarixindən mina qurbanlarının ümumi sayı 308 nəfərə çatıb. Erməni tərəfi bu cür hərəkətləri ilə qorxu salmağa, fərq qoymadan azərbaycanlı mülki vətəndaşları qətlə yetirməyə, azərbaycanlı məcburi köçkünlərin vətənə qayıtmasına və işğaldan azad edilmiş ərazilərdə mülki əhalinin yenidənqurma işlərinə mane olmağa, yeni salınan yolların nəqliyyat üçün bərbad olduğunu sübut etməyə çalışır. Bu, beynəlxalq ictimaiyyət tərəfindən pislənməlidir”.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər