Cəmiyyət

“Qəbələ”nin məşqçisi hakimi təhqir etdiyi üçün cəzalandırıldı

“Qəbələ”nin məşqçisi Xaqani Məmmədov hakimi təhqir etdiyi üçün cəzalandırılıb.Bu, Azərbaycan Premyer Liqasının VI turunda “Turan Tovuz”la səfər oyununa təsadüf edib.2:2 hesabı ilə başa çatan qarşılaşmada qırmızı vərəqə aldıqdan sonra baş hakimin ünvanına nalayiq ifadə işlədən mütəxəssisə AFFA İntizam Komitəsi tərəfindən 2 matç şərti olmaqla 5 oyunluq cəza kəsilib. Sınaq müddəti 3 ay təyin edilib. Bu hərəkət “Qəbələ”nin 4000 manat cərimələnməsinə yol açıb.“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasovun isə qarşılaşmada “A buraxılışı” vəsiqəsindən istifadə etməməsi klubu 500 manat ziyana salıb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər